Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:48

Braziliyada futbol üzrə Dünya Kuboku yarışlarına 2.2 milyon bilet satılıb


Birinciliyin rəsmi topu- "Brazuca"

Birinciliyin rəsmi topu- "Brazuca"

-
Braziliyada futbol üzrə dünya kuboku yarışlarının başlanmağına bir gün qalmış 15 oyuna biletləri hələ də almaq olar. Bu oyunlar arasında Almaniya, İtaliya, Fransa yığmalarının oyunları da var.

FİFA bildirir ki, indiyə qədər 2 milyon 900 min bilet satılıb.

Ən yaxşı oyunlara da hələ də bilet almaq olar, ancaq bunlar ən bahalı biletlərdir.

FİFA-ya bilet üçün ümumilikdə 11 milyon müraciət olunub. 2,2 milyon bilet birbaşa FİFA.com saytı vasitəsilə satılıb. Biletlərin 60 faizi braziliyalılara çatıb.
Vətəndaşları ən çox bilet alan ikinci ölkə ABŞ-dır- 197 min.

İyunun 12-də Dünya Kubokunun açılış oyunu olan Braziliya-Xorvatiya oyununa 61 min biletdən cəmi 25 mini adi qaydada satışa çıxarılıb, 36 min bilet sponsorlara və yerli təşkilatçılara verilib və onlar öz bildikləri kimi bu biletləri paylayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG