Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:39
-
Türkiyə mediası «Muhteşem Yüzyıl» dizisi ilə bağlı maraqlı xəbər yayıb.

«Milliyet» qəzetinin yazdığına görə, yayımlanmağa başladığı gündən bəri tamaşaçıları ekrana çəkməyi bacaran diziyə tarixi bir təklif gəlib.

Ekran fenomeni olan dizi amerikalıları da cəzb etməyi bacarıb. «Muhteşem Yüzyıl» dünyaca ünlü Amerikan tarix kanalı «History Channel»-ın da diqqətini çəkib.

Xəbərə görə, «History Channel»-ın səlahiyyətliləri 300 milyondan artıq izləyicisi olan dizi ilə bağlı danışıqlar aparmaq üçün yapımcı Timur Savcı-dan görüş istəyib.

Bu axşam 139-cu - sonuncu bölümü ilə ekranlara vida edəcək «Muhteşem Yüzyıl»ın 4 illik ekran macərası sona çatır.

Final bölümündə Kanuni Sultan Süleyman son səfərinə çıxacaq və həyata gözlərini yumacaq...

Diktatorların çoxunun taleyinə yazılmış bir son—ölümün ətrafdakılardan gizlədilməsi də Sultan Süleymanın bəxtinə yazılacaq.

Amma nə qədər gizlətsələr də, gec-tez hər şey açığa çıxacaq və «Süleymana qalmayan dünyanın» heç kəsə qalmadığı gerçəyi bir daha təsdiqini tapacaq…

Günün bütün mövzuları

XS
SM
MD
LG