Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 20:26
İraqın Mosul şəhərində iyunun 11-də Türkiyə konsulunu və onun 24 cangüdənini və köməkçisini oğurlayıblar.

Bunu Frans Press agentliyi İraq polisinin zabitinə istinadla xəbər verir.

Əl-Qaida ilə əlaqəli olan İraq və Levant İslam Dövləti təşkilatının yaraqlıları iyunun 10-da Mosul şəhərini və Nineve vilayətinin çox hissəsini tutublar.

Mosulu bundan sonra yarım milyon adam tərk edib.

İraqın xarici işlər naziri Zebari deyib ki, İraq Kürdüstanının Peşmərgə qüvvələri ilə birlikdə Mosuldan islamçı yaraqlıları çıxarmağa çalışacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG