Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

«Tatar Alayı» belə tanıdılar!


Səbuhi Əhmədov (soldan birinci)
Səbuhi Əhmədov (soldan birinci)
-
Ötən ay AzadlıqRadiosunun «İZ» proqramında 1914-cü ildə yaranan, istər bütövlükdə Azərbaycanın, istərsə cümhuriyyətin hərb tarixində önəmli yer tutan «Tatar Atlı Alayı»ndan bəhs edən kitabdan söz açmışdıq.

O zamanlar adı dillərdə gəzən bu alay I Dünya Müharibəsində, əsasən, azərbaycanlılardan ibarət yeganə milli hərbi hissə olub.

1917-ci ildə imperiya parçalananda, bir çox alaylar dağılıblar, amma «Tatar Alayı» tam halda Qafqaza, Tiflisə qayıdıb.

Alay Rusiyadakı inqilab və vətəndaş müharibəsində iştirakdan imtina edib.

Azərbaycan Cümhuriyyəti qurulanda bu alay, Qafqaz İslam Ordusunun ən döyüşkən süvari hərbi hissəsi və Azərbaycan Ordusunun ilk hərbi birləşməsi olub.

Azərbaycan Cümhuriyyətinin elan olunduğu 28 Mayısda - Tiflisdə İstiqlal Bəyannaməsi qəbul ediləndə, bu alay binanın həyətində cümhuriyyətçiləri qoruyub...

Bu günlərdə Milli Tarix Muzeyinin əməkdaşı «Azərbaycanlılar I Dünya Savaşı cəbhələrində: Tatar Atlı Alayı» («Азербайджанцы на фронтах Первой мировой войны: Татарский конный полк») kitabının müəllifi Səbuhi Əhmədovdan maraqlı şəkillər almışıq.

Tarixçi alim alayın tarixini araşdırmaqla qalmadığını, bu alayı təbliğ etməyə davam etdiyini bizə yazıb.

Səbuhi bəy kütləvi tədbirlərdə, konfranslarda, təqdimatlarda «Tatar Atlı Alayı»nın geyimində görünür və bunu «Tatar Atlı Alayı»nı tanıtmağın ən yaxşı üsulu kimi qiymətləndirir.

«Tatar Alayı» bax, belə tanıdılar!

Tarixçi alimin göndərdiyi fotoları sizə təqdim edirik.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG