Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:24

Özbəkistan İslam Hərəkatı Karaçi limanına hücumun məsuliyyətini öz üzərinə götürür


Özbəkistan İslam Hərəkatı (ÖİH) Pakistanın Karaçi şəhərinin hava limanına hücuma görə məsuliyyəti öz boynuna götürüb. İyunun 11-də ÖİH bildirib ki, hücumda onun 10 yaraqlısı “şəhid olub”.

Bu həftənin əvvəlində hava limanına qanlı hücumda 27 adam ölmüşdü.
ÖİH-ın bəyanatında deyilir ki, bu hücum Pakistan ordusunun bombardmanına və təyyarələrlə gecə hava hücumlarına cavabdır.

ÖİH ABŞ Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısındadır. Pakistan Talibanı isə bildirib ki, Karaçi limanına hücum ÖİH və Pakistan Talibanının birgə əməliyyatıdır.
XS
SM
MD
LG