Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:10

.

Azadlıq və Azad Avropa Radioları Jurnalistika sahəsində Vaslav Havel təqaüdü üçün sənədlərin qəbuluna başladığını elan edir.

Proqramin məqsədi media azadlığının zəif olduğu ölkələrdə fəal jurnalistləri dəstəkləmək, onların öz peşələrinə daha çox bağlanmalarına yardım etmək və mənsub olduqları cəmiyyətlərdə pülralizmə yardımçı olmaqdır.

Çex Respublikasının mərhum prezidenti Vaslav Havel inanırdı ki, tiraniyalarla mübarizədə jurnalistikanın rolu həlledicidir. Bu proqramın ideyası da Vaslav Havelin həmin fikirlərindən doğub.

Proqramın müddəti: 1 oktyabr 2014 – 30 iyun 2015
Sənədlərin təqdim edilməsi üçün sonuncu müddət: 7 iyul 2014


Bu il Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Rusiyadan olan jurnalistlərdən sənəd qəbul edilir.

Proqrama müraciət formasını buradan götür:


ZƏHMƏT OLMASA DOLDURULMUŞ MÜRACİƏT FORMASINI 7 İYUL 2014-CÜ İL, GÜNÜN SONUNA QƏDƏR BU ÜNVANA GÖNDƏRİN:
havelfellowship@rferl.org

NAMİZƏDLƏRƏ SEÇİMİN NƏTİCƏLƏRİ BARƏDƏ 4 AVQUST 2014-CÜ İLDƏ MƏLUMAT VERİLƏCƏK.

------------

Proqram haqqında daha ətraflı məlumat, keçmiş təqaüdçülər və Vaslav Havelin irsi haqqında daha ətraflı buradan məlumat al.

Günün bütün mövzuları

XS
SM
MD
LG