Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:27
Foreign Policy Azərbaycan hakimiyyətini və yaxınlarını Corleone ailəsinə bənzədir.

Azərbaycan Çinə 1,8 milyard dollarlıq investisiya qoymaq istəyir.

Braziliyada Dünya Kuboku yarışları ərəfəsi tətil edən müəllimlər şüar qaldırıblar: "Müəllim Neymardan vacibdir".

Dünya mediası bu gün nədən yazır?


“Xəzər Carleoneləri”. Foreign Policy məcmuəsində Azərbaycan hakimiyyəti və eləcə də hakimiyyətdəkilərin, onların yaxınlarının biznes fəaliyyəti haqda çıxan yazı belə adlanır. Foreign Policy onları vaxtilə ABŞ mafiasının məşhur Carleone ailəsinə oxşadır. Yeri gəlmişkən, “Xaç atası “ filmində mafia başçısının prototipi məhz Don Corleone olub.

Foreign Policy-dəki təhlili yazıda o da deyilir ki, post-sovet sülalələri ABŞ-da yüksək mövqedə duranlar arasında dostlar satın alırlar, onlar da hamını inandırırlar ki, ABŞ-ın regionda milli maraqlarını ən yaxşı təmin edən bu kleptokratlardır, (yəni oğrukratlardır – Azadlıq Radiosu).

AZƏRBAYCAN NEFT FONDU ÇİNƏ 1,8 MİLYARD DOLLARLIQ İNVESTİSİYA EDİR

Azərbaycan Dövlət Neft Fondu Çin milli valyutası olan yuanla 1,8 milyard dollar məbləğində investisiya qoymağı planlaşdırır. Bunu yazan Financial Times qəzeti qeyd edir ki, bu, yuanla indiyə kimi olan ən böyük investisiyalardan biridir.

Neft Fondunun rəhbəri Şahmar Mövsümov Financial times qəzetinə deyib ki, Neft Fondu Çinin tənzimləyici qurumlarına müraciət edib ki, yuanla olan vəsaitlərə çıxışa icazə versinlər.

1,8 milyard dollar məbləğində yuanla investisiyanın nə olduğunu göstərmək üçün qəzet yazır ki, dünyanın bütün mərkəzi banklarının və dövlət fondlarının yuanda saxladığı pullar cəmi 11,7 milyard dollardır.

Şahmar Mövsümov isə deyir ki, əgər yuan mühüm valyutaya çevrilirsə, buna niyə investisiya edilməsin?

Financial Times yazır ki, Azərbaycanın Neft Fondunun 36,6 milyard dollar pulu var. Bu, dünyanın 28-ci ən böyük dövlət fondudur.

Hərçənd o, Qazaxıstanın və Rusiyanın neft fondlarından geri qalır. Qazaxıstanıən neft fondunda 71 milyard, Rusiyanın neft fondunda 87 milyard dollar pul var.

2012-ci ildən Azərbaycan Neft Fondu Londonda, Parisdə, Moskvada, Seulda daşınmaz əmlak alır.

Fond səhmlərə və qızıla da investisiya etməyə başlayıb. 2012-2013-cü ildə Fond 30 ton qızıl alıb.

ƏL-QAİDA QAYIDIR

Washington Post qəzeti yazır ki, “Əl-Qaida qayıdır”. Əl-Qaida ilə əlaqəli islamçı yaraqlıların İraqın ikinci ən böyük şəhəri olan Mosulu tutması həyəcan təbilidir.
Qəzet yazır ki, 2012-ci ildə Obama ilə debata çıxan respublikaçı namizəd Mitt Romney deyirdi ki, “Əl-Qaida qaçmayıb. Əl-Qaida gizlənməyib. Əl-Qaida sayı 10-dan 20-yə kimi olan ölkədə fəaliyyətdədir.”

Qəzet Mosulu tutan İraq və Suriya İslam Dövləti Təşkilatı haqda yazır ki, Osama bin Ladenin həqiqi varisi İraq və Suriya İslam dövləti təşkilatının lideri Abu Bakr al-Bagdadi ola bilər. ABŞ kəşfiyyatının rəsmisi qəzetə deyib ki, Əl-Qaida lideri Zavahiri “ehtiyatlıdır və xarizmatik deyil”, “əl- Bagdadi isə Zavahiriyə baxanda daha zorakı, daha çox anti-amerikandır”.

TUNELİN SONUNDA İŞIQ

New York Times qəzeti yazır ki. Ukraynada döyüşlər davam etsə də atəşkəs danışıqları irəliləyir. Rusiya, Polşa və Almaniya xarici işlər nazirlərinin görüşündən sonra almaniyalı nazir Steinmeier deyib ki, “aylarla davam edən münaqişədən sonra biz tunelin sonunda işıq görürük”.

MÜƏLLİM NEYMARDAN VACİBDİR

İyunun 12-də Braziliyada fiutbol üzrə Dünya kuboku yarışları dünyanın diqqətini Brazilyaya, o cümlədən qeyri-futbol mövzularına yönəldib. Financial times yazır ki, Braziliyada hər 10 nəfərdən 6-sı hesab edir ki, Braziliyada futbol finalının keçirilməsi ölkə üçün pisdir. Çünki məktəblərə, xəstəxanalara və başqa xidmətlərə pul onsuz da çatmır, Dünya Kubokunun finalına ev sahibliyi etmək bu pulu bir az da azaldır.
Dünya Kubokunun finalı Braziliyaya 11 milyard dollara başa gəlib.

New York Times qəzeti yazır ki, braziliyalıların cəmi 34 faizinin fikrincə, Dünya Kuboku Braziliya iqtisadiyyatına kömək edəcək. 39 faiz isə hesab edir ki, Dünya Kuboku Braziliyanın imicinə mənfi təsir göstərəcək, çünki hamı gəlib Braziliyanın hansı problemlər içində yaşadığını görəcək.

Ancaq qəzet yazır ki. Braziliyada 200 milyondan çox adam yaşayır, bu, Latın Amerikasının ən böyük demokratik ölkəsidir, burda nə qədər adam varsa, o qədər də fikir var.

Ancaq Braziliya prezidenti Dilma Rouseff Braziliya dövlət banklarından stadionların tikintisinə kreditləri müdafiə etdiyi vaxt, Rio de Janeiroda tətil edən müəllimlərin şüarlarının birində belə yazılmışdı: “Müəllim Neymardan vacibdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG