Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:57
Bu ilin ilk 3 ayında fiziki şəxslərin birgə əmanəti 6 milyard manat olub. Bu isə maliyyə sektoru nəzərə alınmamaqla ümumi əmanətin 67 faizini təşkil edib.

Əmanətlərin Sığortalanması Fondunun iyunun 11-də yaydığı məlumata görə, 6 milyardlıq vəsaitin 60 faizə yaxını, yəni 3,57 milyard manatı qorunan əmanətdir.

2 milyard 500 milyon manat həcmində əmanət isə qorunmur.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, kompensasiya olunan əmanətlər 2 milyard manata yaxın olub.

Qorunan əmanətlərin 62 faizi manatın, 34 faizi ABŞ dollarının və 4 faizi isə Avronun payına düşür.

BANKLAR 6 MİLYONA YAXIN ƏMANƏTÇİYƏ XİDMƏT EDİR

Fondun məlumatına görə, üzv banklar 6 milyona yaxın əmanətçiyə xidmət göstərir.

Əmanətlərin Sığortalanması Fondunun öz vəsaitlərinin idarə olunmasına gəlincə, qurum bildirir ki, 63,7 mln. manat məbləğində vəsait dövlətin qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirliliyi 4,4 faizdir. Fondun 5 milyon avro vəsaitini isə «Deutsche Asset & Wealth Management International» şirkəti idarə edir.

Fondun 42 üzv bankı var.

Bu ilin may ayının 19-dan Fond qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini 10 faizdən 9 faizə endirilib.

Sığorta hadisəsi baş verərsə, əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 000 manatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG