Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:17
-
Azərbaycanlı kinorejissor Teymur Hacıyevin «Yara» filmi ən nüfuzlu qısametrajlı film festivallarından biri olan ABŞ-ın «Palm Springs International ShortFest»in müsabiqə proqramına daxil edilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, film «FIL PRODUCTION» və «Cinex Azerbaijan Film & Digital production»un birgə istehsalıdır.

Qısametrajlı film 2013-cü ildə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən «Nar Mobile»-ın dəstəyi ilə həyata keçirilmiş «Üç tarix» kino layihəsi çərçivəsində çəkilib.

Filmdə rolları gənc rejissor Elmar İmanov, məşhur aktyor Şamil Süleymanlı və Rasim Cəfər oynayıb.

«Palm Springs International ShortFest» iyunun 17-dən 23-dək keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG