Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:50

Sirabda su qıtlığı yaşanır


Sirab kəndi
Sirab kəndi
-

Naxçıvanın Babək rayonundan olan fermerlər suvarma vaxtı ayrıseçkiliklə üzləşdiklərini deyirlər. Fermerlərin sözlərinə görə, suvarma üçün toplanan su ehtiyatları büdcədən maliyyələşən təşkilatların əkin sahələrinə verildiyindən, onlar öz əkinlərini suvara bilmirlər.

«QUMSAL TORPAĞIN SUYA EHTİYACI DAHA ÇOXDUR»

Babək rayonundakı Sirab kəndinin sakini Qadir Quliyev deyir ki, su qıtlığı üzündən 4 hektarlıq taxıl sahəsini yaz girəndən cəmi bircə dəfə suvarıb:
Sirab kəndi
Sirab kəndi
«Mütəxəssislər də bildirirlər ki, normal torpaqlarda taxıla yazda 4 dəfə su verilməlidir. Bizim torpaqlar 3-cü qrup, qumsal torpaqlardır. Belə torpaqların suya ehtiyacı daha çoxdur. Bəlkə də 6 dəfə su verilməlidir. Yazdan bəri cəmi bir dəfə su vermişik. 2-ci, 3-cü suyu onsuz da hər il vermirlər. İndi, sonuncu, 4-cü - «dənov» (red: Məhsul yetişən zaman verilən su) suyuna da problem yaradırlar. Kəndə su vurdular, sevindik ki, suvararıq. Bələdiyyə sədri dedi ki, suyu ancaq kartofa verəcəyik, taxıla, yoncaya olmaz. Kartofu da verirlər büdcədən maliyyələşən təşkilatlara, onlara məcburi əkdirirlər. Bunların da dalında dövlət durur. Ona görə suyun hamısı gedir onlara. Kartof qurtaran kimi, suyu kəsdilər».

«BARMAĞIMIZI SORMAYACAĞIQ Kİ?»


​Qadir Quliyev deyir ki, başqa dolanışıq yeri olmadığından, ailəsi taxıl sahəsinə göz dikib:
«Naxçıvan blokada şəraitindədir. Gözümüzü əkinə dikmişik. Bunu da belə edirlər. Barmağımızı sormayacağıq ki? Mənə hər hektarda 400 manat ziyan dəyib. Bu günlərdə prezident 15 milyon manat ayırdı ki, taxılı biçmək üçün kombayn gətirsinlər. Həmin kombaynı niyə gətirirlər, bilmirəm. Bu il susuzluqdan Naxçıvanda taxıl olmayacaq. Dənə dolmamış quruyub hamısı. Yaxşı olardı ki, kombayn yerinə saman yığmaq üçün otbiçən maşın alaydılar, dövlətin də pulu az gedərdi».

«FERMERLƏ MƏMURA FƏRQ QOYMURUQ»

Sirab kəndinin icra nümayəndəsi Qasım Qasımlı fermerlərin iddialarına cavab vermək istəmədi.
Babək Rayon Su İdarəsindən qıtlığı təsdiqləsələr də, su verilməsində sadə fermerlərlə məmurlara fərq qoymadıqlarını bildirdilər.
XS
SM
MD
LG