Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:12

Emil Məmmədovun vəsatətinə baxılacaq


«Demokratiyaya yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov

«Demokratiyaya yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov


İyunun 11-i saat 15:00-da Salyan Rayon Məhkəməsində «Demokratiyaya yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədovun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılacaq.

Bu haqda vəkil Fariz Namazlı məlumat verib.

Emil Məmmədov mayın 13-də zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb. Mayın 14-də Salyan Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbirini seçib. Bundan əvvəl aprelin 17-də sözügedən QHT-nin digər fəalı Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib.

Hər iki fəal ittihamları sifariş hesab edir və özlərini günahkar saymırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG