Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:13
-
Bu günlərdə buraxılış imtahanı verən 30 minə yaxın 11-ci sinif məzunundan təxminən 2 mini ana dili və riyaziyyatdan iki alıb.

Tələbə Qəbulu Dövlət Komissiyasından AzadlıqRadiosuna verilən məlumata görə, 8 mindən çox məzunun biliyi 3 qiymətləndirilib. Məzunların 11 mini 4, 7 mini 5 alıb.

14 MİN ŞAGİRD 3 ALIB

TQDK-nın məlumatına görə, 40 minə yaxın 9-cu sinif şagirdinin 14 mindən çoxu 3 alıb. Təxminən 6 min şagirdin cavabı 2 qiymətləndirilib. 19 minə yaxın şagird isə 4 və 5 qiyməti alıb.

Həm 11-ci, həm 9-cu sinif şagirdləri ana dili və riyaziyyatdan imtahan veriblər.

İyunun 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin 11-ci və 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. Həmin gün eyni zamanda bu şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri, habelə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsinin şagirdləri mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı veriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG