Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:40

Avropa Komissiyası bildirir ki, iyunun 11-də Rusiya və Ukrayna Brüsseldə qaz mübahisəsinə dair danışıqları bərpa edəcəklər. İyunun 10-da, iki ölkənin enerji nazirlərinin iştirakı və AB enerji komissarının vasitəçiliyi ilə keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Ukrayna dövlət enerji şirkətinin borcu və Ukraynanın gələcəkdə qaz üçün ödəyəcəyi qiymət barədə tərəflər fərqli fikirdədirlər. Qazprom bildirir ki, Naftohaz-ın bir neçə milyard dollar borcu
var və borc ödənməyəcəyi halda qaz kəsiləcək.

Ukrayna isə borcunu ödəməkdən imtina edib. Səbəb Rusiyanın qazın min kubmetrinin qiymətini 268-dən 485 dollara qaldırmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG