Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:46
-

Birləşmiş Ştatlar Kiyevi çağırıb ki, Ukraynanın şərqindəki döyüşlərdən qaçan sakinlərin təhlükəsizliyinin təminatı üçün BMT və digər yardım qrupları ilə işləsin. Dövlət Departamentinin sözçüsü Jen Psaki bu bəyanatla çıxış edib.

Ukrayna prezidenti Petro Poroshenko dinc sakinlərin çıxarılması üçün dəhlizlər yaradılmasına göstəriş verib. Ölkənin şərqində rusiyayönlü separatçılarla hökumət qüvvələri arasında döyüşlər gedir.

Dövlət təhlükəsizlik xidməti deyib ki, «təhlükəsizlik dəhlizi»nin yaradılması üçün digər hüquq-mühafizə orqanları ilə işləyir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Sankt Peterburqda Polşa və Almaniyadan olan həmkarları ilə görüşdən sonra Poroshenko-nun addımını «düzgün istiqamətdə addım» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG