Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:47

Rohani deyir ki, İran nüvə sazişinə nail olmaq üçün «əlindən gələni edəcək»


Hassan Rohani
Hassan Rohani
-

Prezident Hassan Rohani deyib ki, mübahisəli nüvə proqramına dair dünya liderləri ilə sazişin əldə olunması üçün hər şeyi edəcək. Rohani iyunun 10-da Ankarada biznes forumda çıxış edib. «İran P5+1 formatında yekun sazişin əldə olunması üçün hər şeyi edəcək», o, deyib.

BMT Təhlükəsizlik Şurasının üzvləri – Britaniya, Çin, Fransa, Rusiya və Birləşmiş Ştatlar, üstəgəl Almaniya İranın nüvə proqramı üzrə danışıqlar aparır.

Cenevrədə İran və ABŞ rəsmiləri arasında danışıqların ikinci günüdür.

İran xarici işlər nazirinin müavini Abbas Araqchi deyib ki, İran P5+1 üzvləri ilə ikitərəfli danışıqlar aparacaq.

İran və P5+1 iyulun 20-ni son tarix qoyub ki, noyabrda əldə olunmuş aralıq sazişi yekun razılaşmaya çevirsin.

Danışıqların növbəti raundu iyunun 16-20-də Vyanada olacaq.
XS
SM
MD
LG