Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:22

Bern şəhərində "ATƏT və hüquq müdafiəçiləri" mövzusunda konfrans keçirilir


İsveçrənin Bern şəhərində "ATƏT və hüquq müdafiəçiləri" mövzusunda 2 günlük konfrans başlanıb.

Tədbir ATƏT regionunda hüquq müdafiəçilərinin vəziyyəti ilə bağlıdır. Konfransda 140-dan nümayəndə iştirak edir.

Konfransda ATƏT üzv ölkələrdə hüquq müdafiəçilərini necə qorumaq haqda sənədi təqdim edib. Bu sənəd üzv ölkələrdə hüquq müdafiəçilərinin qarşılaşdığı əsas problemlər, onlara hökumətlər tərəfindən təzyiqlərin aradan qaldırılması, beynəlxalq öhdəliklərə əməl olunması, bu istiqamətlərdə görüləsi işlər və standartlar haqda direktiv sənəddir.

Konfransda üzv ölkələrdə jurnalistlərin, hökuməti tənqid edənlərin həbsi məsələsinə də toxunulub.

Avropa Shurasinin Insan Haqları üzrə Komissarı Nils Muiznieks ve DTIHB-in rəhbəri Janez Lenarcic Azərbaycanda baş verən hüquq pozuntularını, siyasi motivli həbsləri, hüquq müdafiəçisi Anar məmmədlinin həbsini qeyd ediblər.

Konfransda Reportyorlarin Azadliğı ve Təhlükəsizliyi Institunun rəhbəri Emin Hüseynov da iştirak edir.

,
XS
SM
MD
LG