Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:22

Angeline Jolie və William Hague seksual zorakılığa qarşı


William Hague və Angelina Jolie Srebrenisada

William Hague və Angelina Jolie Srebrenisada

-
Londonda “Münaqişələrdə seksual zorakılığa son qoymaq naminə qlobal sammit” başlanıb.

Bu mövzuda indiyə kimi keçirilən ən böyük toplantı olan bu sammitdə 100-dən çox ölkədən hökumət rəsmiləri, hüquq, ədliyyə, hərbi sahədən olan nümayəndələr, dini xadimlər, müəllimlər, QHT-lər iştirak edir.

Seksual Zorakılığın Qarşısını Almaq Təşəbbüsünü ilk dəfə Britaniyanın xarici işlər naziri Hague və Hollivud ulduzu, BMT-nin qaçqınlar üzrə xüsusi elçisi Angelina Jolie 2012-ci ildə irəli sürüb.

Onların hər ikisi sammitdə iştirak edir.

Sammitə ABŞ Dövlət katibi John Kerry də qatılır.

Sammit ərəfəsi onun Londonun “Evening Star” qəzetində məqaləsi çıxıb. Kerry yazır ki, münaqişələrdə seksual zorakılıq keçmişdə qalmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG