Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:13

Mədən Sənayesi Şəffaflıq Təşəbbüsündə yeni sənəd imzalanıb



İyunun 10-da Mineral Ehtiyatların Hasilatı ilə Məşğul Olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə çoxtərəfli qrupun iclası keçirilib.

Dövlət Neft Fondundan AzadlıqRadiosuna verilən məlumata görə, iclasda tərəflər – MHŞT üzrə komissiya, ölkədə hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər, «Mədən Sənayesində Şəffaflığın Artırılması» QHT koalisiyası arasında yeni memorandum imzalanıb.

«Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair qarşılıqlı anlaşma haqqında» memorandumun imzalanması ilə ölkədə MHŞT standartına uyğun yeni hesabatlılıq mərhələsinə (2013-cü il üzrə) start verilib.

İclasda MHŞT hesabatlarını tutuşduracaq auditorun fəaliyyətini əks etdirən şərtlər toplusunun MHŞT standartına uyğunlaşdırılması, MHŞT-nin tətbiqinə dair hüquqi bazanın yaradılması ilə bağlı məsələlər də müzakirə edilib.

MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG