Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:18

II Dünya müharibəsinin azərbaycanlı qəhrəmanları haqda kitab nəşr olunub


Kitabın üz qabığı

Kitabın üz qabığı

-
Milli Tarix Muzeyinin yaydığı xəbərə görə, aparılan tədqiqatlar II Dünya müharibəsində faşizmə qarşı aparılan amansız mübarizədə Azərbaycanın oğul və qızlarının misilsiz qəhrəmanlıqlar nümayiş etdirdiyini üzə çıxarır.

Yenicə nəşr olunmuş «Azərbaycan 1941-1945 şöhrət ordeni kavalerləri» («Азербайджан 1941-1945 кавалеры ордена Славы») kitabında SSRİ-nin ən ali ordenlərindən olan üçdərəcəli Şöhrət ordeni ilə təltif olunmuş azərbaycanlılar haqqında məlumat verilir.

«Şöhrət» ordeninin bütün üç dərəcəsinə layiq görülmək üçün fövqəladə qəhrəmanlıqlar nümayiş etdirmək lazım idi. Orden yalnız əsgər və çavuş heyətinin təltif olunması üçün nəzərdə tutulmuşdu.

Kitabın müəllifi uzun illərdir ki, Azərbaycanın XX əsr hərb tarixini araşdıran Azad Hüseynovdur.

Müəllif kitabı yazarkən Azərbaycanın və xarici ölkələrin arxiv materiallarına əsaslanıb.
Kitabda ordenin bütün üç dərəcəsi ilə təltif olunmuş 15, iki dərəcəsi ilə təltif olunmuş 180 azərbaycanlı haqqında məlumat verilir, onların döyüş yolları işıqlandırılır.

A. Hüseynovun aşkar etdiyi bir sıra tarixi sənədlərin surətləri, müəllifin rəhbərlik etdiyi «Savaş» saytında yerləşdirilib.

509 səhifəlik kitab Azərbaycan hərb tarixinə önəmli töhfədir.
XS
SM
MD
LG