Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:47

«Nida»çı gəncin səhhətində problemlər yaranıb


Bakı İstintaq Təcridxanasında saxlanan «Nida» Vətəndaş Hərəkatının fəalı Orxan Eyyubzadənin səhhətində problemlər yaranıb. Orxan Eyyubzadə uşaqlıqdan qıcolmadan əziyyət çəkir. İyunun 9-da «Media forum» saytına danışan vəkil Əsabəli Mustafayev deyib ki, müalicə ala bilmədiyi, dərman qəbul edə bilmədiyi üçün Orxanın səhhətində problemlər ciddiləşib, vəziyyəti yaxşı deyil.

Orxan Eyyubzadə bu il mayın 6-da həbsdə olan bir qrup «Nida» fəalına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb. Cəzasını Bakı polisinin Binəqədidəki məntəqəsində çəkib. Mayın 26-da o, azadlığa çıxmalı idi. Ancaq həmin gün ona xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etmə ittihamı ilə cinayət işi qaldırılıb. İşi Binəqədi Rayon Prokurorluğu aparır.

Mayın 27-də Binəqədi Rayon Məhkəməsi Orxan Eyyubzadə barəsində 1 aylıq həbs qətimkan tədbiri seçib. İyunun 8-də Bakı Apellyasiya Məhkəməsi həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
XS
SM
MD
LG