Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:00

Londonda "münaqişələrdə seksual zorakılığa son qoymaq" sammiti başlanıb


Londonda “Münaqişələrdə seksual zorakılığa son qoymaq naminə qlobal sammit” başlanıb.

Bu mövzuda indiyə kimi keçirilən ən böyük toplantı olan bu sammitdə 100-dən çox ölkədən hökumət rəsmiləri, hüquq, ədliyyə, hərbi sahədən olan nümayəndələr, dini xadimlər, müəllimlər, QHT-lər iştirak edir.

Seksual Zorakılığın Qarşısını Almaq Təşəbbüsünü ilk dəfə Britaniyanın xarici işlər naziri Hague və Hollivud ulduzu, BMT-nin qaçqınlar üzrə xüsusi elçisi Angelina Jolie 2012-ci ildə irəli sürüb. Onların hər ikisi sammitdə iştirak edir.

Sammitə ABŞ Dövlət katibi John Kerry də qatılır. Sammit ərəfəsi onun Londonun “Evening Star” qəzetində məqaləsi çıxıb. Kerry yazır ki, münaqişələrdə seksual zorakılıq keçmişdə qalmalıdır.

Sammit 4 gün davam edəcək.
XS
SM
MD
LG