Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:32

Azərbaycanda hər kəsin 633 dollar borcu, 5 575 dollar alacağı var


.
33 dollar borc, 5 575 dollar alacaq
Elan olunan rəsmi məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatları 52.8 milyard ABŞ dollarına çatır. Xəyal kimi olsa da təsəvvür etsək ki, bu gün həmin ehtiyatları Azərbaycan vətəndaşları arasında bərabər şəkildə bölürlər, ondan hər adama 5 575 ABŞ dolları düşəcək.

Amma bunlar xalis gəlir deyil. Əgər Azərbaycan öz ehtiyatlarını vətəndaşlar arasında bölsə, gərək borclarını da paylaya. Son məlumatlara görə, Azərbaycanın maliyyə qurumları və dövlətlərə 6 milyard dollardan çox borcu var. Bu gün hamı eyni zamanda borcunu istəsə, hər vətəndaş gərək cibindən çıxarıb 633 ABŞ dolları ödəsin.

Yəni, borcu ödəyəndən sonra ölkənin strateji valyuta ehtiyatlarından hər adama 4 942 ABŞ dolları qalır.
Neft Fondunun 64 faizi xərclənib
Bu ehtiyatların 16.2 milyard dollarını Mərkəzi Bank saxlayır və idarə edir. Qalan 36.6 milyard dollar isə Dövlət Neft Fondundadır. Bu Fond neft və qaz layihələrindən, eləcə də öz fəaliyyətindən əldə edilən gəlirləri indiki və gələcək nəsillərin mənafeyi üçün yığıb, səmərəli idarə etməlidir.

Amma Fondun 2013-cü ilin yekunlarına dair hesabatına görə, hələlik neft-qaz gəlirlərindən gələcəyə az saxlanır. Hesabata əsasən, Fondun son 12 ildə əldə etdiyi vəsaitin 64 faizi istifadə edilib:

Dövlət büdcəsinin hər 10 manatından 5-i Neft Fondunundur

Dövlət Neft Fondunun əsas xərci isə ildən-ilə artan dövlət büdcəsinə köçürmələrdir. Məsələn, 2014-cü ilin dövlət büdcəsinin hər 10 manatından 5.8 manatı Dövlət Neft Fondundan götürülür. Keçən il isə bu, hər 10 manatdan 58.2 manat olub:
Pulların çoxu ABŞ dollarında saxlanır
Neft Fondu yığıma yönəltdiyi vəsaitləri isə aşağıdakı valyuta və ölkələrdə saxlayır:


Neft Fondunun 2013-cü ilin yekununa dair hesabatı ilə burada tanış ol.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG