Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:34

AzadlıqRadiosuna məlumat verən vəkil Fuad Ağayev bildirib ki, həbsdə olan jurnalist Rauf Mirqədirovun bəyanatı yayılıb.

Rauf Mirqədirov bildirir ki, onu Türkiyədə «vəkil xidmətlərindən istifadə hüququndan məhrum edən qərar Avropa Şurasının coğrafi məkanında görünməmiş» bir hadisədir:

«Nəzərinizə çatdırmaq istərdim ki, prokurorluq və mənim məhkəmə iclasında iştirakımı təmin etməkdən boyun qaçıran hakim bu qərarı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədaqətinin və prezident İlham Əliyevin Strasburqa Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün səfəri ərəfəsində verib».

Rauf Mirqədirov bəyanatında deyir ki, «prokurorluğun və hakimin bu qərarı və hərəkətləri Azərbaycanın milli dövlət maraqları baxımından araşdırılmalı və layiqincə dəyərləndirilməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG