Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:55
-

İyunun 9-da Şuşa Musiqili Dram Teatrında Əli Əmirlinin məşhur «Varlı qadın» komediyasına daxili baxış olub.

Müəllifin AzadlıqRadiosuna verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan əsərə Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov quruluş verib.

19 aktyorun iştirak etdiyi tamaşada baş rolları Püstəxanım Zeynalova, Teymur Məmmədov, Rasəf Mehdiyev və Nazir Rüstəmov ifa ediblər.

Şuşalı aktyorlar builki teatr mövsümünü «Varlı qadın»ın premyerası ilə yekunlaşdıracaqlar.

Əli Əmirlinin bu komediyası xarici ölkələrin iyirmiyə yaxın teatrında Azərbaycan, rus, qazax, tacik, özbək, gürcü, qırğız, krım-tatar, kumık, ləzgi dillərində tamaşaya qoyulub, dörd beynəlxalq teatr mükafatına layiq görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG