Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:08

Hilal Məmmədov məhkəməqabağı hakimə müraciət ünvanlayıb


Hilal Məmmədov

Hilal Məmmədov


Həbsdə olan «Talışi sədo» qəzetinin redaktoru Hilal Məmmədov haqqında cinayət işinə baxacaq Ali Məhkəmənin hakimi İnqilab Nəsirova müraciət ünvanlayıb.

Müraciətində H. Məmmədov bu cinayət işini qondarma adlandırır, məhkəmədən ədalətli qərar gözləmədiyini deyir. H. Məmmədov haqqında narkotik maddə saxlamaq ittihamının yalan olduğunu bildirir:

«Baxdığım bir-iki filmdəki səhnələr istisna olmaqla narkotikanın nə olduğunu bilmirəm və buna qarşı barışmaz mövqedəyəm».

«Sizi vicdanınızın səsini dinləyərək 2x2=4 olduğunu deməklə haqqınıza sahib çıxmağa, bununla da cismən və ruhən azad olmağa çağırıram» deyə Hilal Məmmədov hakimi ədalətli qərar verməyə səsləyir.

«Talışi sədo» qəzetinin redaktoru Hilal Məmmədov 2012-ci ilin iyununda narkotik maddə saxlamaq ittihamı ilə həbsə alınıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarılıb. Beynəlxalq «Amnesty İnternational» hüquq müdafiə təşkilatı H. Məmmədovu «vicdan məhbusu» elan edib.

İyunun 12-də Ali Məhkəmədə H. Məmmədovun kassasiya şikayətinə baxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG