Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:57

Ədəbiyyata “xala yanaşması”


Sərdar Amin
Sərdar Amin
-

Azərbaycan dili təkcə bu dialektdən ibarət deyil, hər yazar doğulduğu bölgənin dialektini çiyninə şələləyib ədəbiyyata sürükləsə, Azərbaycan ədəbiyyatı “çiləkən” bağlayar...


Sərdar Amin


Ədəbiyyata “xala yanaşması” və ya “əyləncə ədəbiyyatı”


Kitabxanaçı xalalardan biriylə danışırdım, ötən gündü, xatırlamıram, yəqin hansısa kitabın yerini soruşurdum, xala dedi ki, oğlum, “əyləncə ədəbiyyatı” ikinci mərtəbədə olur.

Çaşıb qaldım.

Sonra anladım ki, bu kitab qənim olmuş xala bədii ədəbiyyata əyləncə ədəbiyyatı deyirmiş. Bu, ədəbiyyata “xala yanaşması”dır, hansı ki, bu xalaların əsas işi kitabxanaçılıq deyil.

Onlar yaşadıqları bina evlərinin həyətə kölgə saldığı saatlarda ən son xalatlarını geyinib və bu xalatların kenquru kisəsindən çox da balaca olmayan ciblərini ağzına qədər “bomba beloçka” ilə doldurub ərlərini gözləkləri saatlarda öz amplualarında olurlar, siçovula “mışovul”, “spiçka”ya “ibişkə” deyirlər.

Nə yazıq ki, bu gün ədəbi gündəmi zəbt edən –cəhənnəm, türklərin ərəblərdən oğurlayıb dediyi kimi fəth edən - əsərlərində ciddi bir obraz yarada bilməsə də tay-tuşları arasında bığla, saqqalla, kədərli fotoşəkillərlə, məzəli “köşə”lərlə, qaldırdqıları “rumka”larla, aşırdıqları “butulka”larla ciddi yazar obrazı yaratmağı bacaran şəxs və ya şəxslər də ədəbiyyata “xala yanaşması”göstərir; əndirəbadi cümlələr, boğazdanyuxarı-qurşaqdanaşağı ifadələr, mərkəzi-aran, qazax-beyləqan dialektini ədəbiyyatda səmimiyyət şablonu sayaraq ədəbi mühitin mərkəzində araq içməklə məşğuldurlar – gözlərini yumurlar, ağızlarını açırlar. “Bə mən nə edim?”, “Ta mən niyə yazım?”, “Siz yazırsız dana!”

Hansısa bir yazarın nənəsi bu şivələrdən istifadə edibsə,təbii ki, həmin yazarüçün səmimi dialoq anlayışı belə söhbətlərdən artıq olmayacaq. Amma bu ifadəni “ədəbi dil”, “nümunəvi yazılı ifadə”, “axıcı yazar dili” kimi təqdim edəndə bir az diqqətli olmaq lazımdı. Azərbaycan dili təkcə bu dialektdən ibarət deyil, hər yazar doğulduğu bölgənin dialektini çiyninə şələləyib ədəbiyyata sürükləsə, Azərbaycan ədəbiyyatı “çiləkən” bağlayar.

Yeri gəlmişkən “çiləkən” də pis söz deyil ha!

Bu azmış kimi bəhs etdiyim “şivə söz pəhləvanları” mətnlərində ədəbi dil normalarını pozmamağa çalışan gənclərin kürəyinə də “dili axıcı deyil”, “dili bərbaddı”, “kiatbdangəlmə cümlələr yazır” kimi namərd atəşi açır.

“Xala yanaşması”ndan danışırdım axı, gerçək ədəbiyyatın yalnız “butulka”nın dibində olduğunu güman edən bu elita təkcə kənd həyatından qaynaqlanan, palçıqda çərəyan edən məişət hadisələrindən bəhs edən, bayağı sujet xəttinə malik yazılardan xoşlanır və bunları ədəbiyyatın ən yüksək gözünə qoyurlar – yetər ki, yazı dili “şirin”, məzəli, mətn anlaşıqlı olsun.

Həyatdı da, bir də görürsən səmum yelinin yetirdiyi bir nəfər ədəbiyyata yeni forma, yeni düşüncə, yeni estetika gətirməyə çalışır, dilin sərhədlərinə kobud-kobud zərbələr vurur, bu “qoçaq”lar da - hansı ki, folklorun içində çabalayır, bəzliləri heç narahat olub çabalamır, ağnayır, həmən səmum yelinin gətirdiyi o ürkəyin boynunu qaranlıq damda göyərçin boynu üzən kimi üzürlər. Sonra yenə süzürlər...

Belə əzizlərim...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG