Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

Soyqırım qurbanının ürəkparçalayan hekayəti


-
"Qanun" nəşriyyatından 2 yeni kitab gəldi.


Anna Frank. Gündəlik

Bu 13 yaşlı yəhudi qızının – Anna Frankın yazdığı gün­dəlikdir.

Almaniyada doğulan Anna ailəsi ilə birgə alman faşistlərindən xilas olmaq məcburiyyətilə Niderlanda köçür.

Bir neçə ailənin qal­dığı sığınacaqda yaşadığı vahimə, qorxu dolu günlər onu gündəlik yaz­mağa sövq edir.

Öz ad günündən, yəni 12 iyun 1942-ci ildən etibarən 1 avqust 1944-cü ilədək gündəlik yazır.

O, əvvəlcə buna əyləncə kimi yanaşır və başına gələnləri gündəlikdə özündən uydurduğu Kitti adlı rəfiqəsi ilə gündəlikdə bölüşür.

Lakin Niderlandın təhsil nazirinin radio ilə əhaliyə müraciətini dinlədikdən sonra bu işlə daha ciddi məşğul olur. Nazir insanları alman faşistlərinin işğalı ilə bağlı istənilən sənədi qoruyub saxlamağa çağırırdı.

Anna Frankın həyat tarixçəsi – gizlənməyə məcbur olan, sonrasa doğ­malarıyla birgə həbs düşərgəsinə düşüb, məhz yəhudi olduğuna görə orada məhv olan yəhudi qızının taleyidir.

Gündəliklər o qədər təsirlidir ki, əsasında bir neçə film çəkilib.

Tərcümə: Vaqif Azəryar


Yoqa hamı üçün

Yoqa – Hindistanda və Tibetdə, yüzilliklərlə vedist, tantrist və buddist ənənələri əsasında inkişaf edən qədim sistemdir.

Qədim yoq mədəniyyəti – insanı tənəffüsdən, bədəndən, əqildən və ruhdan özünütəcrid etmək – yəni ruhun dünyadakı əzab və əziyyətdən xilas olaraq səadətə qovuşmaq uğrunda bir vasitədir. Bəs nəyə görə biz bu gün yoqadan istifadə edirik?

Biz bədən vasitəsilə dünyanı dərk edir, duyğu və həyəcanı sınaqdan keçirir, özümüzü təqdim edirik. Yoqa təlimində ehtimal ki, insanın səadət və azadlığı onun sağlamlığından asılıdır. Emosional, fiziki və mənəvi rifah insana inkişaf etməyə, firavan yaşamağa imkan verir. Yoqanın digər fiziki hərəkətlərdən fərqi ondadır ki, o, həyatın bütün aspektlərinə toxunur.

Tərcümə: Bəhram Mustafabəyli

Günün bütün mövzuları

XS
SM
MD
LG