Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:14

Milli Məclisin növbədənkənar xüsusi sessiyası iyunun 20-də keçiriləcək


Milli Məclis

Milli Məclis

-

Azərbaycan Milli Məclisin növbədənkənar xüsusi sessiyasının tarixi və ilk iclasın gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya bildirib ki, xüsusi sessiyanın ilk plenar iclasın iyunun 20-də keçiriləcək.

İlk iclasın gündəliyinə 26 məsələ daxildir. Onların arasında «Banklar haqqında», «Dövlət sirri haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Dövlət sirri haqqında» və digər qanunlara əlavə və dəyişiklər layihələri, «Beynəlxalq xüsusi hüquq üzrə Haaqa konfransının Nizamnaməsi»nin təsdiqi, «Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Maraza su elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş»in təsdiqi və digər məsələlər var.

Günün bütün mövzuları

XS
SM
MD
LG