Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:59

«Xilaskar İsa» braziliyalıları əsəbiləşdirib


Arxiv foto
Arxiv foto

İtaliya yığma komandasının formasında olan Xilaskar İsa braziliyalıları əsəbiləşdirib

İtaliyanın dövlət televiziyası Rai Braziliyada keçiriləcək Dünya Çempionatı öncəsi yaydığı reklama görə braziliyalıları əsəbiləşdirib.

Braziliya Katolik Kilsəsi Rio de Janeyronun rəmzlərindən olan Xilaskar İsa heykəlini İtaliya yığma komandasının forması ilə göstərən reklam videosuna görə Rai televiziyasına qarşı milyonlarla avro dəyərində təzminat davası açıb.

İtaliyanın Corriere della Sera qəzeti yazır ki, Reo de Janeyro Başyepiskopluğu Rai kanalının reklamını «müqəddəs dəyərlərə hörmətsizlik» adlandırıb. Kilsə Xilaskar İsa heykəlinin mənfəət üçün istifadə edilməsinin qanunlara zidd olduğunu bildirib. Təxminən 9 milyon dollar təzminat tələb edib.

Sözügedən reklam videosunda küçələrdə futbol oynayan uşaqların ardından digital effektlə İtaliya yığma komandasının milli forması geydirilmiş Xilaskar İsa heykəli və «Braziliya bizi gözləyir» şüarı görünür.
XS
SM
MD
LG