Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:22

2014-cü ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşıb.

Ay ərzində bəzi kənd təsərrüfatı məhsulları bahalaşıb. O cümlədən, düyünün, makaron və vermişelin, kərə yağının, zeytun yağının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, kökün qiyməti artıb.

Pomidor, xiyar, kartof və baş soğan, kələm və bu kimi tərəvəz məhsulları isə əvvəlki ayla müqayisədə 0,5-3,0 faiz ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.

Statistika Komitəsi bildirir ki, bu ilin may ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,7 faiz artıb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə eyni səviyyədə qalıb.

Müstəqil iqtisadçılar kənd təsərrüfatı məhsullarının qiymətindəki ucuzlaşmanın mövsümlə izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG