Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:53

Bakıda müəllimlər imtahan verir


Azərbaycanda ilk dəfə olaraq iyunun 10-da Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsinə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, bu gün rus dili və ədəbiyyat (rus bölməsində), ibtidai sinif, təsviri incəsənət və rəsmxətt müəllimlərinin biliyi yoxlanılacaq. İyunun 11-də riyaziyyat, Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla), iyunun 12-də ingilis dili, informatika, tarix, gənclərin çağırışaqədərki hazırlığı, biologiya, iyunun 13-də isə fizika, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) müəllimlərinin biliklərinin yoxlaması aparılacaq.

Ümumilikdə imtahanlarda Bakının 357 məktəbindən 30070 nəfər müəllim iştirak edəcək.

İmtahanların keçirilməsi üçün paytaxtda müəllim sayına uyğun olaraq 30 mərkəz seçilib.
XS
SM
MD
LG