Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:08

Ukrayna ilə Rusiya razılaşa bilmədi


-

Ukrayna və Rusiya rəsmiləri Kiyevin qaz borcu və gələcəkdə satılacaq qazın qiyməti ilə bağlı razılaşa bilməyiblər. Moskva Kiyevi hədələyib ki, bütün borc iyunun 10-dək ödənməsə qaz təchizatı dayandırılacaq. Ancaq Avropanı gözləyən mümkün qaz böhranından bir qədər yayınmaq mümkün olub, belə ki, tərəflər iyunun 10-u ya da 11-də yenidən görüşməyə razılaşıblar.

İyunun 9-da iki ölkənin energetika nazirləri və AB-nin Enerji komissarı arasında keçirilən danışıqlar 7 saat davam edib, ancaq Ukrayna naziri Yuriy Prodan irəliləyiş əldə edilmədiyini deyib.

Avropa Birliyindən isə AzadlıqRadiosuna bildiriblər ki, borcun ödənişi ilə bağlı danışıqlar razılaşmaya yaxın olsa da, qazın qiyməti ilə bağlı fikir ayrılıqları hələ də qalır.

Qaz danışıqları sonuncu dəfə iyunun 2-də keçirilmişdi. Mayın 30-da Ukrayna «Qazprom»a borcunun bir hissəsini - 800 milyon dollar ödəyib.

Rusiya Ukraynaya satılan qazın qiymətini 268 dolardan 485 dollara qədər artırıb.

AB narahatdır ki, Rusiyanın Ukraynaya qaz təchizatını dayandırması AB ölkələrindən bəzilərini qazsız qoyar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG