Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:46
Serbiya iyunun 9-da bildirib ki, Cənub Axını kəmərinin tikintisini dayandırmağa məcbur ola bilər. Serbiya bunu Bolqarıstanın öz ərazisində həmin kəmər tikintisini dayandırması ilə izah edib.

Serbiyanın baş nazirinin müavini Zorana Mihaylovic deyib ki, Serbiya Bolqarıstanın, Avropa Birliyinin və Rusiyanın kəmərlə bağlı müzakirəsini və verəcəyi qərarı gözləyir.
Ancaq Serbiyanın baş naziri Aleksandr Vucic kəmərin Serbiya sektorunda tikintisinin dayandırılması barədə yekun qərarın hələ verilmədiyini söyləyib.

İyunun 8-də Bolqarıstanın baş naziri Plamen Oresharski elan etdi ki, Avropa Birliyinin və ABŞ-ın tənqidlərindən sonra Cənub Axını kəmərinin tikintisini dayandırır.

Ancaq Bolqarıstanın enerji naziri Dragomir Stoynev iyunun 9-da deyib ki, Bolqarıstan Cənub Axını kəmərindən imtina etmir.

Cənub Axını kəməri Ukraynadan yan keçməklə Avropaya daha çox Rusiya qazı gətirməyi nəzərdə tutur.

Cənub Axını kəməri Avropaya ildə 63 milyard kub metr qaz verə bilər.

Avropa Birliyi kəməri niyə tyənqid edir? Avropa Birliyi Rusiyadan qaz asılılığından narahatdır. Birliyin tənzimləyici qaydaları da sərtdir. Məsələn, qaz istehsalçısı və qazı daşıyan kəmərlərin sahibi eyni şirkət ola bilməz.

Qazprom bu maneəni aradan qaldırmaq üçün Avropa ölkələrində yerli şirkətlərlə birgə müəssisələr yaradır.
XS
SM
MD
LG