Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:32

Bashar al-Assad seçkidən sonra amnistiya verir


Suriya prezidenti Bashar al-Assad prezident seçkisindən bir həftə keçməmiş geniş amnistiya elan edib.

Amnistiya ilə bəzilərinin ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz olunub, bəzilərinin həbsinin müddəti azaldılıb. Bəzilərinin isə həbs cəzası ləğv olunub.

Amnistiya terror ittihamı ilə məhkum olunanlara da aid edilib. Assad hökuməti yaraqlı müxalifəti “terrorçu” adlandırır.

Amnistiya qərarı Suriyada vuruşan xarici yaraqlılara da aid edilib. Qərada deyilir ki, onlara bir bir ay vaxt verilir və bu vaxt ərzində onlar silahı yerə qoysalar, amnistiyadan yararlana bilərlər.

2011-ci ilin martından bəri Suriya prezidenti bir neçə əfv fəramnı, amnistiya verib. Ancaq bu amnistiyalarla siyasi məhbusların yalnız bir qismi azadlığa çıxa bilib.
XS
SM
MD
LG