Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:45

İyunun 9-da vəkil Fuad Ağayev həbsdə olan jurnalist Rauf Mirqədirovla görüşüb.

Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil deyib ki, jurnalistin vəziyyəti normaldır.

«Rauf Mirqədirov bu gün Nəsimi rayon məhkəməsində keçirilmiş məhkəmədə iştirak etmək istəyirdi. Sonra məlum oldu ki, hakim Şəlalə Həsənova onun iştirak etməməsi haqda vəsatəti qəbul etməyib, hüquqlarını pozub. Mən Məhkəmə Hüquq Şurasının diqqətini bu hakimin fəaliyyətinə cəlb edirəm».

Fuad Ağayev deyib ki, həmin məhkəmədə Rauf Mirqədirovun bəyanat səsləndirmək niyyəti vardı. «Yəqin ki, o bəyanat sabah bizim vasitəmizlə səsləndiriləcək».

Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub. Bakıya gələn kimi həbs edilib. O dövlətə xəyanətdə ittiham olunur. Özü ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG