Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:48

AzadlıqRadiosunun «İz» proqramı 10 yaşına çatdı


-
Gözlə

No media source currently available

0:00 0:18:49 0:00
Direct-ə keçid

“Professor, mədəniyyətin labirintləri darıxdırıcı deyil?”

AzadlıqRadiosunun “İz” poqramı 2004-cü il iyunun 9-da mədəniyyətşünas alim Rəhman Bədəlova ünvanlanmış bu sözlərlə efir həyatına başladı və 10 ildir ki davam edir.

AzadlıqRadiosunun yaranışından keçən 60 ildə bu radionun heç vaxt ayrıca mədəniyyət proqramı olmayıb.

Amma istər soyuq müharibənin ən qaynar çağlarında, istərsə durğunluq illərində AzadlıqRadiosu mədəniyyətə həmişə xüsusi diqqət ayırıb.

Ayrıca mədəniyyət proqramının olması isə ancaq 2004-cü ilin payına düşür.

Əvvəlcə 20 dəqiqəlik olan proqram az keçmədən 25 dəqiqəyə, daha sonra 30 dəqiqəyə çatıb.

Bu illər boyunca “İz” proqramı istər Azərbaycan, istər dünya mədəniyyətində baş verən ən önəmli olayların izinə düşməyə çalışıb.

Azərbaycan Cümhuriyyətinin 90 illiyindən bəri “Cümhuriyyət fədailəri” silsiləsindən verilişlər hazırlanır.

Cümhuriyyət qurucuları—M.Ə. Rəsulzadə, Ə.B. Topçubaşov, Fətəli xan Xoylu, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədli, Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli örnək həyat tarixçiləri ilə tanıdılıb.

Proqram “radiodastan” rubrikasına ağırlıq verməkdədir.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin önəmli simaları öz sevgi dastanları ilə də dinləyicilərin görüşünə gəlib.

“Əli və Nigar”, “Rəsul və Nigar”, “Niyazi və Həcər”, “Həsən bəy və Hənifə xanım”, “Ustad Şəhriyar və Sürəyya xanım”, “Əmin Abid və Nafiyə xanım” və b. dastanlar bu silsilədəndir.

Azərbaycan tarixinin açılmayan səhifələri də proqramın diqqət hədəfindədir.

İstər qədim, istər orta, istərsə ən yaxın – sovet dövrü tarixi barədə xeyli veriliş hazırlanıb.

Beləliklə, hər həftə dinləyicilərlə görüşən “İz” proqramı bu dəfə öz kiçik, həm də ilk yubileyini -10 yaşını qeyd edir.

Daha böyük “İz”lərə yetişin və bu İz”dən çıxmayın!”

P.S. Qaldı 10 il əvvəl verilən ilk verilişin ilk sualına, professor onu belə cavablamışdı: “Yox! Darıxdırıcı deyil! İçinə girmək bacarığı olan insan üçün orada oksigen--yeni hava olur. Əksinə, çox ləzzətlidir məncə!”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG