Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:33
-
Macarıstanın Sentendre şəhərində yerləşən Skanzen Açıq Hava Muzeyində 8-9 iyun tarixlərində YUNESKO-nun himayədarlığı və təşkilatçılığı ilə UNESKO Qeyri-Maddi Mədəni İrs Siyahısında olan nümunələrin sayca IV beynəlxalq sərgisi keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, 60 hektar sahəyə malik və ərazisində 6 kənd, 2 şəhərcik salınmış Skanzen Açıq Hava Muzeyində Macarıstanın müxtəlif bölgələrinin kənd təsərrüfatı nümunələri, tikililəri, insanların yaşayış tərzi əyani şəkildə nümayiş etdirilir.

Bu il keçirilən sərgi muzey tərəfindən fermer təsərrüfatı və kənd həyatına həsr edilib. Bu səbəbdən, sərgidə həmin sahələrlə bağlı qeyri-maddi mədəni irs nümunələrinin nümayişi həyata keçirilib.

Azərbaycan, İtaliya, Slovakiya və Monqolustanın Macarıstandakı Səfirlikləri tədbirə xüsusi qonaq qismində dəvət ediliblər.

Sərgidə Azərbaycanın UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş xalçaçılıq sənəti nümunələri, ölkənin tarixinə, mədəniyyətinə dair kitablar, xalça toxuma sənətini özündə ehtiva edən qısa filmlər nümayiş etdirilib.

Sərgi salonun əsas hissəsində quraşdırılmış Azərbaycan guşəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Təxminən 5 min nəfərin iştirak etdiyi tədbirdə ziyarətçilərə Azərbaycan xalçalarının tarixi, toxuma üsulları, müxtəlifliyi barəsində dolğun məlumat verilib, xalçaçılıqla bağlı kitablar hədiyyə edilib.

Tədbirin sonunda səfir Vilayət Quliyevlə görüşən Skanzen Açıq Hava Muzeyinin direktoru Mikloş Çeri Səfirliyin çoxsaylı eksponatla tədbirə qatılmasından dolayı məmnunluğunu bildirib, Azərbaycan mədəniyyətinə olan heyranlığını dilə gətirərək minnətdarlığını ifadə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG