Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:26

Serbiya da Cənub Axını kəmərinin tikintisini dayandırdı


Serbiya iyunun 9-da bildirib ki, Cənub Axını kəmərinin tikintisini dayandırmağa məcburdur. Serbiya bunu Bolqarıstanın öz ərazisində həmin kəmər tikintisini dayandırması ilə izah edib.

Serbiyanın baş nazirinin müavini Zorana Mihaylovic deyib ki, Serbiya Bolqarıstanın, Avropa Birliyinin və Rusiyanın verəcəyi qərarı gözləyir.

İyunun 8-də Bolqarıstanın baş naziri Oresharski elan etdi ki, Avropa Birliyinin və ABŞ-ın tənqidlərinə görə, Cənub Axını kəmərinin tikintisini dayandırır.

Ancaq Bolqarıstanın enerji naziri Stoynev iyunun 9-da deyib ki, Bolqarıstan Cənub Axını kəmərindən imtina etmir.

Cənub Axını kəməri Ukraynadan yan keçməklə Avropaya daha çox Rusiya qazı gətirməyi nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG