Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:37

Qurultay məkanı dəyişdirildi


"Azdrama"
"Azdrama"
-

Azərbaycan Yazıçılar Birliyində qurultayın keçiriləcəyi yer dəyişdirilib.

Qurumun mətbuat katibi Xəyal Rzanın Modern.az-a verdiyi açıqlamaya əsasən Gənc Tamaşaçılarm Teatrında qurultay üçün say tutumuna görə əlverişli olmadığından məkanı dəyişdirməli olublar:

“Qurultayda iştirak edəcək qonaqların, nümayəndələrin eləcə də digər iştirakçıların çoxluğu səbəbindən biz Gənc Tamaşaçılar Teatrını Dövlət Dram Teatrına dəyişməli olduq. Əvvəlcə Musiqili Komediya Teatrı nəzərdə tutulsa da, oranın da tutumu qurultaya kifayət deyildi. Ən nəhayət 553 nəfər tutumu olan Akademik Milli Dram Teatrı ilə razılığa gəldik. Təbii ki, qurultayın vaxtı dəyişdirilməyib. Eyni gündə, eyni saatda keçiriləcək”.

Mətbuat katibi həmçinin qurultayda iştirak edəcək xarici qonaq və yerli nümayəndələrinin də sayından danışıb: “25 ölkədən 60 xarici qonaqlarımız gələcək. Yerdə qalanlar isə qurultayın öz yerli nümayəndələri və başqa dəvət olunan qonaqlardır. Sabahkı iclasdan sonra media nümayəndələri üçün də yerlərin sayı bilinəcək”.

Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyun ayının 17-də keçiriləcək.
XS
SM
MD
LG