Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:26

Politkovskayanın qətlində günahkar bilinən 5 nəfərdən 2-si ömürlük həbs cəzası aldı


Ömürlük həbs cəzası alan 2 nəfər
Ömürlük həbs cəzası alan 2 nəfər
Moskva məhkəməsi 2006-cı ildə jurnalist Anna Politkovskayanı ödürməkdə günahkar bilinən 5 nəfərdən 2-sini ömürlük həbsə məhkum edib.

Qalan 3 nəfər 12 ildən 20 ilə kimi həbs cəzası alıb.

Politkovskaya “Novaya qazeta”nın müxbiri idi. Onun Çeçenistan müharibəsindən reportajları və təhlili yazıları onu tezliklə məşhurlaşdırdı.

Keçən ay Amnesty İnternational İnsan haqları təşkilatı bildirdi ki, jurnalistin qətlinə görə, 5 nəfərin məhkum olunması ədalətə doğru “kiçik addımdır”, “çünki bir çox əsas suallar açıq qalır: bu qətlə sifarişi verənlər müəyyən olunmayınca və məhkəməyə çıxarılmayınca, ədalətin tam qələbə çaldığını demək olmaz”.
XS
SM
MD
LG