Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:46
-

«Tolışi sado» qəzetinin baş redaktoru Hilal Məmmədovun hüquqlarını Müdafiə Komitəsi və bir qrup hüquq müdafiəçisi prezident yanında Əfv Komissiyasına müraciət edib. Onlar Hilal Məmmədovun həbsdən azad olunması məsələsinə baxılmasını xahiş ediblər.

Bu haqda Hilal Məmmədovun hüquqlarını Müdafiə Komitəsinin rəhbəri, Helsinki Vətəndaş Assambleyasının həmsədrli Arzu Abdullayeva məlumat verib.

Arzu Abdullayeva deyir ki, H. Məmmədov astma xəstəsi olduğundan vərəmə tutulmaq riskinə məruzdur. Problemin ən yaxşı həlli onun həbsdən azad edilməsidir.

İyunun 12-də Ali Məhkəmədə «Tolışi sado» qəzetinin baş redaktoru Hilal Məmmədovun kasasiya şikayətinə mahiyyəti üzrə baxılacaq.

Həmin gün inzibati-iqtisadi işlər üzrə kollegiyada H. Məmmədovun DİN və Baş Prokurorluq tərəfindən təqsirsizlik prezumpsiyasının pozulması üzrə digər kasasiya şikayətinə də baxılacaq.

Kasasiya şikayətində cinayət işinin araşdırılması zamanı çoxsaylı prosessual pozuntulara yol verildiyindən H. Məmmədova qarşı cinayət işinin dayandırılması məsələsi qoyulur.

Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub. 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. O, dövlətə xəyanətdə, milli ədavətin qızışdırılmasında və narkotik maddə alverində təqsirli bilinib. O, ittihamları qəbul etmir.

Amnesty İnternational Hilal Məmmədovu vicdan məhbusu elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG