Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:55

Naxçıvanda keçirilən hərbi təlimlər əhalidə həyəcan yaradıb


Arxiv foto

Arxiv foto


Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan ərazisində genişmiqyaslı hərbi təlimlər keçirdiyi bildirilir. Bu haqda AzadlıqRadiosuna yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, bir neçə gündür davam edən hərbi məşqlər Kəngərli rayonunun Qarabağlar kəndi yaxınlığındakı təlim mərkəzində keçirilir. Təlimlər zaman helikopterlərin də iştirak etdiyi, iriçaplı silahlardan atəş açıldığı bildirilir. İlk gün açılan atəş səsləri əhali arasında müharibə həyəcanı yaşatsa da, bunun təlim olduğu anlaşılandan sonra sakitlik yaranıb.

Müdafiə Nazirliyindən Naxçıvanda təlimlər keçirilməsi ilə bağlı deyilənlərə aydınlıq gətirmədilər.

Bu günlərdə Azərbaycan mətbuatında Ermənistan tərəfinin Naxçıvana hücum etməsi haqqında məlumatlar yayılıb. Müdafiə Nazirliyi iyunun 7-də yaydığı açıqlamada bu cür məlumatların həqiqətə uyğun olmadığını bildirmişdi.
XS
SM
MD
LG