Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:08

Məşhur futbolçu uşaq kitabları yazır


Böyük Britaniya - soldan sağa: Chelsea klubundan John Terry, Roman Abramovich (klub sahibi), Frank Lampard və Eidur Gudjohnsen ölkə çempionluğunu qeyd edirlər, 2005

Böyük Britaniya - soldan sağa: Chelsea klubundan John Terry, Roman Abramovich (klub sahibi), Frank Lampard və Eidur Gudjohnsen ölkə çempionluğunu qeyd edirlər, 2005

-

Məşhur futbolçu Frank Lampard İngiltərənin "Chelsea" klubunda top qovmaqla yanaşı boş vaxtlarında kitab da yazır.

Onun uşaqlar üçün yazdığı "Frankie's Magic Football" (Frenkinin sehirli futbolu) seriyasından olan kitablarının qəhrəmanı balaca Frankie-dir. O öz dostları ilə birlikdə gah kovboylar, gah da dəniz quldurlarına qarşı futbol oynayır.

Lampard deyir ki, kitabları yazmaqda məqsədi iki qız övladına qiraətin vacibliyini anlatmaq olub.

"İndi uşaq tərbiyə etmək, onları düzgün səmtə yönəltmək çətindir, çünki onların diqqətini yayındıran o qədər kompüter oyunları çıxıb ki. Düzdü, mənimkilər elə oyunlardan çox oynamır. Amma çalışıram ki, heç olmasa oyun oynamaqla yanaşı kitab da oxusunlar".

Lampard deyir ki, özü uşaq vaxtı xeyli kitab oxuyub, çünki anası kitabxanada işləyirdi və onu kitab oxumağa həvəsləndirirdi.

Buna görə də Frenki haqda kitabları anasına ithaf edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG