Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:53
- Ponomaryova dövlət mediası “satqın” damğası vurub.
- Hillary Clinton Obamaya deyibmiş ki, Putinə çox yaxınlaşmasın.
- ABŞ-da son seçkilərdə ya Clinton olur, ya da Bush: Bush-Clinton sülalələrinin davası.
- İranda uşaq istəməyən ailələr.

Dünya medisı bu gün nədən yazır?


Washington Post qəzeti yazır ki, Rusiyada bir deputat Putinin Ukraynaya təcavüzünün əleyhinə çıxıb. Bu, 38 yaşlı İlya Ponomarevdir.

Onu dövlət mediasında “satqın” adlandırırlar, onun öz partiyaasının lideri Putindən xahiş edib ki, Ponomarevi Dumadan çıxartsınlar ya da onun deputat toxunulmazlığını götürsünlər. Ponomarev deyir: “ dözülməz şərait yaradırlar ki, ölkədən çıxıb-getsin.” Ancaq Ponomarev bildirir ki, “Qoy, Putin mühacirət eləsin”
Vaşinqtona gələn Ponomarev Rusiyada indi Putinin çox populyar olduğunu deyib. Ancaq onun sözlərinə görə, Moskvadakı orta sinif liberaldır və Putindən bezib.


CLİNTON OBAMAYA DEYİB Kİ, PUTİNƏ ÇOX YAXINLAŞMASIN

Hillary Clinton Dövlət katibliyindən gedəndə Barack Obaya deyibmiş ki, Vladimir Putinə çox yaxınlaşmasın.

Hillary Clintonun bu günlərdə çıxacaq xatirələr kitabından Times qəzetinə sızan məlumata görə, Clinton öz kitabında Putini “avtokrat” adlandırır. Clinton Obamaya məsələhət görüb ki, Putinlə birgə işləməyə çox meyil göstərməsin, hətta 2013-cü ilin əvvəlində dövlət katibliyindən gedəndə Obmaya deyib ki, həmin ilin “sentybar ayında Moskvaya Putinlə sammitə də getməsin”.

CLİNTON-BUSH SÜLALƏLƏRİ

Clinton-Bush sülalələrinin davası ABŞ-a faydalıdır. Bunu Financial Times qəzeti yazır.

2016-cı ildə Hillary Clinton və ya Jeb Bush prezidentliyə namizədliyini irəli sürsə, onda axırıncı 10 prezident seçkisindən 7-də ya Bush ya da Clinton ailəsindən kimsə iştirak etmiş olacaq.

ABŞ-da da hakimiyyət bir neçə əldə cəmlənir?

Financial Times yazır ki, ABŞ-da vəziyyət fərqlidir. Əvvəla, burda partiyadan namizədliyin irəli sürülməsi demokratikdir. Partiyaların ilçində də Clinton və Bushun vəziyyətləri fərqlidir.

Demokrat Partiyasında, ola bilsin, Hillary Clinton doğrudan da ən güclü namzəddir. Əlbəttə, yenə heç nədən Barak Obama kimi bir namizəd çıxıb, Clintonu geridə qoya bilər. Ancaq tarix iki dəfə təkrar olunmur.

Respublikaçılar partiyasında isə namiəzdlər əlindən basabasdır. George Bushun kiçik qardaşı Jeb Bush Respubliaçılar arasından namizəd ola bilsə, bu, onun doğörudan da böyük uğuru olacaq.

Ancaq qəzet hesab edir ki, Bush və Clintonun problemləri onların yaşındadır. Clintonun 69, Bushun 63 yaşı var.

İRAN ƏHALİSİ ARTMAQ ƏVƏZİNƏ AZALA BİLƏR

New Yor Times yazır ki, İran 2050-ci ilə öz əhalisini 2 dəfə artırıb 150 milyona çatdırmaq istəyir, ancaq gənc İran ailələrinin ağlında yalnız 1 uşaqdır.
Adının çəkilməsini istəməyən bir qadın qəzetə deyir ki, o və əri “tamamilə ciddi çəkildə uşaq istəmirlər”.

Gənc ailələrin belə pessimistik olmasının səbəbi öz gələcəklərindən arxayın olmamalarıdır. Qadın deyir ki, “yatmağa gedəndə bilmirik ki, gözümüzü açıb, nə görəcəyik”.

Ekspertlərin fikrincə, İranda 20 ilə əhalinin artımı azalıb, sıfıra düşə bilər. 1979-cu il inqilabından sonra İranda hər ailəyə 3,6 uşaq düşürdü.

İndi bu göstərici 1,4-ə düşüb. Müqayisə üçün, bu, Almaniya səviyyəsidir. Almaniyada hər ailəyə 1,3 uşaq düşür.

DUA SAMMİTİ


Washington Post qəzeti yazır ki, Roma Papası Francis İsrail və Fələstin liderləri ilə “dua sammiti” keçirdi.

Fələstin və İsrail hökumətləri öz aralarında danışıqlar aparmadığı durumda Roma papası Vatikanda İsrail prezidenti Simon Peres və Fələstin lideri Mahmud Abbasla birlikdə sülhə dua etdi . 2 saat çəkən mərasimdə müsəlman, yəhudi və xristian ruhanilər ingilis, ərəb, italyan və hebryu dillərində dua ediblər.

Onlar Allaha şükür ediblər, Allahdan sülh istəyiblər. Qəzet yazır ki, ABŞ-ın vasitəçilik etdiyi sülh danışıqları aprel ayında nəticəsiz qalandan sonra bu “dua sammiti” tarixi hadisədir.


POROSHENKO BİR HƏFTƏYƏ DÖYÜŞLƏRİ DAYANDIRMAĞA SÖZ VERİR

Wall Street Journal yazır ki, yeni Ukrayna prezidenti Petro Poroshenko bazar günü ATƏT rəsmiləri, Rusiyanın və Almaniyanın Ukraynadakı səfirləri ilə görüşdən sonra öz vebsaytında yerləşdirdiyi bəyanatında bildirir ki, “bu həftə ölkənin şərqində döyüşlər dayandırılmalıdır”. “Hər gün insanlar ölür, hər gün Ukrayna belə yüksək haqq ödəyir. Bu , yolverilməzdir”. Poroshenkonun fikrincə, birinci addım isə Rusiya ilə sərhədləri möhkəmləndirmək olacaq.

Poroshenko ölkənin şərqindəki separtaçıları isə ittiham edib ki, onlar regionların iqtisadiyyatını dağıdırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG