Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:18
-

İyunun 9-da Nəsimi rayon məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun şikayətinə baxılıb. Şikayət notariusun Türkiyə vəkillərinə etibarnamə vermək üçün onun yanına buraxılmaması haqqında idi. Şikayət təmin olunmayıb.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Elman Süleymanov məlumat verib.
Bu günkü prosesə Rauf Mirqədirov gətirilməyib:

«Onun məhkəməyə gətirilməməsinin səbəbini soruşduq. Bildirildi ki, bu səbəblər məhkəməyə bildirilməyib. Biz Rauf Miqrqədirovun məhkəmə prosesinə gətirilməsinin təmin olunması haqqında vəsatət verdik. İstintaq orqanı bu vəsatətin təmin olunmasına qarşı çıxdı. Məhkəmə də bu vəsatəti təmin etmədi».

Müdafiə tərəfi məhkəmənin bu qərarından apelyasiya şikayəti verəcək.

Vəkil bildirib ki, Rauf Mirqədirovun məhkəməyə gətirilməməsi kobud qanun pozuntusudur.

Bundan əvvəl Rauf Mirqədirov bu məhkəmə prosesində bəyanatla çıxış edəcəyini bildirmişdi.

Vəkil deyir ki, Rauf Mirqədirov bundan əvvəlki bütün məhkəmə proseslərinə gətirilmişdi. «Bundan əvvəlki proseslərə nəzərə yetirsək, görərik ki, bundan əvvəlki bütün proseslərdə Rauf Mirqədirovun iştirakı təmin olunmuşdu. Ancaq mətbuatda onun bəyanat verməsi ilə bağlı məlumat getdikdən sonra onu nə iyunun 6-da məhkəməyə gətirdilər, nə də bu gün. Baxmayaraq ki, bu kobud bir pozuntudur».

Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub. Bakıya gələn kimi həbs edilib. O, dövlətə xəyanətdə ittiham olunur. Özü ittihamları qəbul etmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG