Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:31

ABŞ, AB və İran təmsilçiləri Cenevrədə görüşür


Arxiv foto
Arxiv foto
-

İyunun 9-da Birləşmiş Ştatlar və Avropa Birliyindən olan diplomatlar Cenevrədə iranlı təmsilçilərlə iki günlük danışıqlara başlayacaq.

İran xarici işlər nazirinin müavini Abbas Araqchi deyib ki, AB-nin siyasi direktoru Helga Schmid və AB-nin xarici siyasət rəhbəri Catherine Ashton da görüşə qatılacaq.

Vaşinqtondan nümayəndə heyətinə ABŞ Dövlət Katibinin müavini William Burns, dövlət katibinin köməkçisi Wendy Sherman və xarici siyasət üzrə müşavir Jake Sullivan daxildir.

İyunun 16-da Vyanada P5+1 danışıqlarının raundu başlayır. Tərəflər iyulun 20-dək hərtərəfli nüvə sazişini yekunlaşdırmağa çalışırlar.
XS
SM
MD
LG