Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:04

Din xadimləri üçün təkmilləşdirmə kursları başlayır


-

İyunun 9-da din xadimləri üçün növbəti təkmilləşdirmə kursları başlayır. Üç həftə davam edəcək kursda 50 nəfər iştirak edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, Ramazan ayı istisna olmaqla, qalan bütün aylarda kurslar davam edəcək. QMİ-nin tabeliyində olan bütün dini personal bu kurslardan keçməlidir.

Bu kurslar din xadimlərinin daha çox dövlət-din münasibətlərinə dair hüquqi bilgilər almasını, dindarların cəmiyyətə inteqrasiyası məsələsinə yardımçı olmağı nəzərdə tutur.

Din xadimlərinin təkmilləşdirilməsi ilə bağlı kurslar Azərbaycanda ilk dəfədir təşkil edilir. İlk kurslar fəaliyyətini iyunun 6-da başa vurub. Kursu başa vuran 50 din xadiminə sertifikatlar təqdim edilib.
XS
SM
MD
LG