Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:57
-
Beyləqan rayonu 1-ci Şahsevən kəndinin yaxınlığında İran vətəndaşı saxlanıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, İran ərazisində mövqe tutmuş silahlı qrupun müşahidəsi ilə İrandan Azərbaycana keçərkən İran vətəndaşı Hüseyn Hüseyni silahlı müqavimət göstərməyə çalışıb. Onun üstündə «Maqnum-200» markalı tapança və 1 kiloqram 580 qram həşiş qətranı tapılıb.

Faktla bağlı cinayət işi başlayıb və Hüseyn Hüseyni haqqında həbs-qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG