Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:31

Kosovo seçkilərində hakim partiya qələbə çalır


Demokratik Kosovo Partiyasının lideri Hashim Thaci tərəfdarları qarşısında, 9 iyun 2014

Demokratik Kosovo Partiyasının lideri Hashim Thaci tərəfdarları qarşısında, 9 iyun 2014

-
Kosovo Demokratik Partiyası 8 iyun parlament seçkilərində qələbəsini elan edib.

Hakim partiyanın sədr müavini Kadri Veseli iyunun 8-də axşam Priştinada deyib: «Partiyamız parlament seçkisində ən böyük qələbəni qazanıb».

İlkin rəsmi nəticələrə əsasən, baş nazir Hashim Thaci-nin partiyası müxalifətdə olan Kosovo Demokratik Liqasını az fərqlə qabaqlayır.

Seçici fəallığı 43 faiz olub. Bu, kiçik hədd sayılır. Seçicilər korrupsiya, kasıblıq və rəsmi 35 faizlik işsizlik səviyyəsindən narazıdır.

Təhlilçilərin fikrincə, hətta son nəticələr Thaci-nin partiyasının qələbə çaldığını təsdiqləsə, o, daha kiçik partiyalar və etnik serblərlə koalisiya hökuməti qurmalı olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG