Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:03

Karaçi aeroportuna hücum edənlərdən 26-sı öldürülüb (video)


Karaçi aeroportunda yaralı polis - 8 iyun 2014
Karaçi aeroportunda yaralı polis - 8 iyun 2014
-
Pakistan rəsmiləri bildirir ki, ölkənin ən sıx aeroportuna hücum edən yaraqlılara qarşı hərbi əməliyyat iyunun 9-da səhər tezdən başa çatıb. 26 nəfər ölüb.

İyunun 8-də gecəyarısı aeroporta hücumda iki sərnişin və 11 əməkdaş öldürülmüşdü.

Hücumu 10 yaraqlı həyata keçirib, onlardan hamısı öldürülüb. Hakimiyyət bildirir ki, hücumçular təhlükəsizlik əməkdaşlarının formasını və intiharçı jileti geyiniblər.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Rəsmilər iki aeroportun partladılması xəbərini yalanlayıb.

23 ŞİƏ MÜSƏLMANI ÖLDÜRÜLÜB

Bu arada Pakistanın cənub-qərbində intiharçılar 23 şiə müsəlmanı öldürüblər. Onlar İrana ziyarətdən qayıdırmışlar. Ancaq bununla Karaçi aeroportuna hücum arasında əlaqənin olub-olmadığı bəlli deyil.
Karaçi aeroportuna silahlı hücum
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00
XS
SM
MD
LG